Hindistan və Pakistan əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “PTI” agentliyi ordudakı mənbəyə istinadən məlumat yayıb.
“Pakistan tərəfdən Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb. Buna qarşı əks cavab verilib”, – məlumatda bildirilib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.