Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin paytaxtı Kvettada kamikadze hücumu nəticəsində azı 13 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, hücum Bəlucistan Milli Partiyasının keçirdiyi izdihamlı mitinqdən sonra yerli stadionun yaxınlığındakı avtomobil parkında baş verib.
Bundan əlavə, xəstəxanaya aparılan partlayış qurbanlarının çoxunun vəziyyəti ağırdır və həkimlər terror aktı qurbanlarının sayının artacağını istisna etmirlər.



