Xəbərlər

KİV: Pentaqon Trampa təqdim etmək üçün işdən çıxarılacaq kadrların siyahısını hazırlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ prezidenti Donald Trampa təqdim etmək üçün işdən çıxarmağa hazır olduğu əməkdaşların siyahısını hazırlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Administrasiya nümayəndələrinə göndərilən siyahıda idarənin sınaq müddəti keçən və bir ildən iki ilədək işləyən əməkdaşlarının adları var. İxtisarların siyahıdakı bütün işçilərə, yoxsa yalnız bəzilərinə təsir edəcəyi hələlik bəlli deyil. İxtisarlar yalnız mülki işçilərə təsir edəcək, hərbçilərə təsir etməyəcək”, – məlumatda bildirilib.