“Almaniyanın müdafiə naziri Boris Pistorius cümə axşamı günü əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə DPA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, o, yerlərdə vəziyyətlə tanış olmaq və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın verilməsini müzakirə etmək niyyətindədir.
“Biz Ukraynanı dəstəkləmək üçün hər şeyi edirik ki, o, özünü müdafiə edə bilsin və Rusiya ilə danışıqlara hazır olacağı mövqedə olsun. Əlbəttə, gələcəkdə Almaniya və digər avropalıların dəstəyinin necə olacağı, məsələn, sənaye kooperasiyası sahəsində nə edə biləcəyimiz, eləcə də digər yardımlar barədə danışılacaq”, – Pistorius bildirib.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə 40 milyard avrodan çox müxtəlif növ yardım edib.