Polşanın yeni özəl silah şirkəti “Grupa Niewiadw S.A.” hər il 180 minə qədər artilleriya mərmisi istehsal edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Biz mərmi istehsalı üçün hazırlığı 20 ay ərzində başa çatdırmaq istəyirik”, – məlumatda qeyd olunub.
Əlavə edilib ki, mərmi istehsalına başlamaq üçün 1 milyard zloti (təxminən 250 milyon dollar) vəsait ayrılacaq.