Xəbərlər

KİV: Polşa 2035-ci ilə qədər silah alışına 125 milyard dollar xərcləyəcək

Polşa hakimiyyəti 2035-ci ilə qədər silahların alınmasına 125 milyard dollar xərcləməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Məlumata görə, bu vəsait Polşa ordusunun 2021-2035-ci illər üçün texniki modernləşdirilməsi planına daxildir.

Nəşr qeyd edib ki, xərclərin əhəmiyyətli hissəsi ABŞ ilə cari müqavilələrin ödənilməsinə yönəldiləcək. Polşa hərbi-sənaye kompleksinə yeni inyeksiyalar əsasən “Borsuk” piyadalarının döyüş maşınları və “Bobr-3” kəşfiyyat zirehli transportyorlarının sifarişləri ilə bağlı olacaq.