Polşa Hərbi Hava Qüvvələri ABŞ-dan alınmış F-35 qırıcılarını idarə etmək üçün 24 pilota və 92 texnikə təlim keçəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Onet.pl” portalı məlumat yayıb.
Polşa Hərbi Hava Qüvvələri təyyarələrə xidmət etmək üçün 92 texnik hazırlamağı planlaşdırıb. Onlar 30 nəfərlik qruplar şəklində ABŞ-a təlim keçmək üçün göndəriləcəklər.
Qeyd edilib ki, kurs 2025-ci ilin üçüncü rübündə başlayacaq və bir il davam edəcək.