Xəbərlər

KİV: Polşa şirkətləri 80 min işçini ixtisar edəcək

Polşa şirkətləri bu ilin sonuna qədər rekord sayda – 80 min işçini ixtisar etmək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dziennik Gazeta Prawna” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, planlaşdırılan ixtisarların sayı 2024-cü il rəqəmlərindən iki dəfə çoxdur və COVID-19 pandemiyasının başlamasından sonra 2020-ci ildə həyata keçirilən işçilərin ixtisarını üstələyir.

Ən böyük ixtisarların kimya sənayesi və nəqliyyatda olacağı gözlənilir.