Xəbərlər

KİV: Polşa tankları Ukraynanın Kurska hücumunda iştirak edir

“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunda Polşa istehsalı olan “RT-91 Twardy” tankları iştirak edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Defense24” agentliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə Polşa Ukrayna Silahlı Qüvvələrini bu modeldən 60 tankla təmin edib. Ukrayna Silahlı Qüvvələrinin 22-ci mexanikləşdirilmiş briqadasının hərbçiləri Polşada bu zirehli texnikaları idarə etmək üçün əvvəllər təlim keçiblər.