Xəbərlər

KİV: Polşaya 80-dən çox Abrams tankı verilib

“Artıq ABŞ ordusuna məxsus 80-dən çox M1A2 Abrams tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına yerləşdirilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “interia.pl” internet portalı məlumat yayıb.

Məlumata görə, bütün tanklar Almaniyadakı Amerika bazalarından verilib. Bildirilir ki, 150-yə yaxın “Bradley” zirehli transportyoru və 20 ədəd M109 özüyeriyən silah da Polşaya gətirilib.

Portal qeyd edir ki, oraya çatdırılan bütün Amerika tankları M1A2 Sep v3-ün gücləndirilmiş zirehləri və daha müasir elektron sistemləri ilə dəyişdirilmiş qülləsi ilə seçilən ən son versiyasıdır.

Povidzedə yerləşdirilən Abrams tankları ABŞ ordusuna məxsusdur və NATO-nun şərq cinahını gücləndirmək üçün nəzərdə tutulub. Onlardan əlavə Polşa ordusunun özünün “Abrams” tankları da var.

2022-ci ildə Polşa 2025-2026-cı illərdə 250 ədəd modernləşdirilmiş M1A2 Abrams tankının tədarükü ilə bağlı ABŞ ilə müqavilə imzalayıb. Varşava daha sonra xidmətdə olan daha 116 ədəd M1A1 tankının tədarükü ilə bağlı Vaşinqtonla razılığa gəldiyini bildirib.