Xəbərlər

KİV: Qəzzada ölənlərin 65%-dən çoxu qadınlar, uşaqlar və qocalardır

2023-cü il oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində öldürülən fələstinlilərin 65%-dən çoxu qadınlar, uşaqlar və qocalar olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, İsrailin hərəkətləri nəticəsində 1400-dən çox fələstinli həkim və tibb işçisi, 113 mülki müdafiə əməkdaşı, 212 jurnalist və media işçisi həlak olub.