2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 500-dən çox təhsil müəssisəsi dağıdılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Verilən məlumata görə, İsrail hərbçilərinin Fələstin anklavını atəşə tutuması və bombalaması nəticəsində 500-dən çox yerli məktəb, universitet və kolleclər dağıdılıb, minlərlə fələstinli təhsil almaq hüququndan məhrum edilib.