İsrailin Qəzza zolağında son 24 saat ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 50-dən çox fələstinli həlak olub, 115 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri bölgənin şimal və mərkəzi hissələrinə, o cümlədən Qəzza və Deyr əl-Bələh şəhərlərinə zərbələr endirərək, sektoru bombalamağa davam edir.