Xəbərlər

KİV: Qəzzada xəstəxanalar yanacaq çatışmazlığından fəaliyyətini dayandıra bilər

Qəzzada bütün xəstəxanalar yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandıra bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzza Səhiyyə Nazirliyi artıq beynəlxalq humanitar təşkilatlara və xarici tərəfdaşlara generatorlar üçün yanacaq ehtiyatlarının azaldığı barədə məlumat verib.