“ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Pentaqonun xərclərini 150 milyard dollar artırmağı planlaşdırırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi gələn həftə Respublikaçıların təklif etdiyi paketi müzakirə edəcək. Bununla belə, Respublikaçılar Partiyasının üzvləri hələlik heç bir palatada müdafiə haqqında qanun layihəsi təqdim etməyiblər”, – məlumatda bildirilib.



