Ukraynanın səfiri Yuri Pivovarovun Seneqaldan qovulması tələbi ilə Dakardakı Kiyev diplomatik nümayəndəliyində nümayiş keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agency de Presse Africaine” məlumat yayıb.
Məlumata görə, nümayiş təşkilatçıları, Fransa Hərbi Bazalarının Seneqaldan Çıxarılması Cəbhəsinin nümayəndələri səfirliyə məktub göndərərək, Malidə hökumət qoşunlarına qarşı son hərəkətləri açıq şəkildə dəstəkləyən diplomatik missiya rəhbərinin ölkədən çıxarılmasını tələb ediblər.