Xəbərlər

KİV: Şimali İraqda neft yatağında partlayış baş verib

İraqdda Dahuk əyalətinin şimalında yerləşən Atruş neft yatağında partlayış baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə yerli KİV təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış tarla ərazisində baş verib, obyektin işçiləri və mülki müdafiə bölmələri yanğını söndürməyə çalışır. Obyektdə neft hasilatı dayandırılıb. İlkin məlumata görə, insident nəticəsində ölən yoxdur.

“Bağdad” xəbər portalının məlumatına görə, Atruş neft yatağına hücum edilib və ərazidən tüstü qalxıb.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.