Somali təhlükəsizlik qüvvələri paytaxt yaxınlığında yerləşən hərbi bazaya qarşı terror aktının qarşısını alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Goobjoog News” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayıcı ilə dolu yük maşını Kahda bölgəsində hərbi bazaya soxulmağa cəhd edib. Təhlükəsizlik qüvvələri bazaya girişi avadanlıqlarla bağlayıb, nəticədə obyektdən kənarda partlayış baş verib.