İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 71 nəfər ölüb, onlarla insan yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Fələstin anklavının şimal-qərb və mərkəzi hissələrinin də kütləvi artilleriya atəşinə tutulduğu, Qəzza zolağının şərqində, Cəbəliyyə şəhərində, eləcə də şimalda Beyt Hanun kəndində İsrailin zərbələrindən sonra başlayan irimiqyaslı yanğınların tüğyan etdiyi bildirilib.