Xəbərlər

KİV: Suriya təhlükəsizlik qüvvələri Baniyasa daxil olur

“Suriya təhlükəsizlik qüvvələrinin ölkənin yeni hakimiyyət orqanlarına tabe olan bölmələri Tartus əyalətində yerləşən Baniyas liman şəhərinə daxil olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Bundan əvvəl Suriya mətbuatı hərbçilərin Latakiya və Tartusun mərkəzi rayonlarını azad etdiyini və respublikanın keçmiş prezidenti Bəşər Əsədin orada gizlənən silahlı tərəfdarlarını zərərsizləşdirmək üçün bölgədə əməliyyatlar keçirdiyini yazıb.