Xəbərlər

KİV: Suriyanın Tartus vilayətində komendant saatı iki saat uzadılıb

Suriya Respublikasının yeni hakimiyyət orqanlarına tabe olan Tartusun İctimai Təhlükəsizlik Departamenti əyalətdə komendant saatını iki saat uzatmaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, bu tədbir ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarına qarşı aparılan əməliyyatlar fonunda vətəndaşların müdafiəsi istəyi ilə bağlıdır.