Xəbərlər

KİV: Taliban və Pakistan arasında toqquşma olub, iki nəfər ölüb

Əfqanıstan-Pakistan sərhədində Taliban hərəkatının tərəfdarları ilə pakistanlı hərbçilər arasında baş vermiş toqquşma nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

“Füyuzat” ın məlumatına görə, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Məlumata görə, Pakistandan atılan minaatan mərmisinin yaşayış binasına düşməsi nəticəsində Əfqanıstanın Torkham sərhəddində dinc sakinlər həlak olub.

Nəşr bundan əvvəl Taliban və Pakistan silahlı qüvvələri arasında toqquşmalara görə sərhəddəki Torkham keçid məntəqəsinin bağlanması barədə məlumat yayıb. Həmçinin bildirilib ki, Pakistan ordusu Taliban hədəflərinə atəş açıb və toqquşmalar hələ də davam edir.

Qeyd edək ki, Taliban və Pakistan hakimiyyətinin nümayəndələri insidentlə bağlı açıqlama verməyiblər.