Xəbərlər

KİV: Tramp Harvardı daha 1 milyard dollar maliyyə vəsaitindən məhrum etmək niyyətindədir

“ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Harvard Universitetinin rəhbəri Alan Qarber daha əvvəl demişdi ki, universitet Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.