Xəbərlər

KİV: Tramp Vens və Vitkofu İran rəsmiləri ilə görüşməyə təşviq edib

“ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Steven Vitkof və vitse-prezident Devid Vensi bu həftənin sonunda İran rəsmiləri ilə əlaqə saxlamağa çağırıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times”(NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, belə bir görüş baş tutarsa, çox güman ki, İslam Respublikasını İranın xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.