“ABŞ prezidenti Donald Trampın Hindistanı Rusiya ilə ticarət etdiyinə görə hədələməsi, Hindistan mallarına daha yüksək rüsumlar tətbiq etməsi ilə təhdid etməsi Rusiya-Hindistan münasibətlərinin soyumasına səbəb olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Times Now” telekanalı məlumat yayıb.
Telekanalın məlumatında Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalın Vaşinqtonun artan təzyiqləri fonunda ikitərəfli əlaqələri gücləndirmək üçün bu həftə Moskvaya səfər edəcəyi də bildirilib.
Qeyd edək ki, Ajit Dovalın səfərindən sonra Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın avqustun sonunda Moskvaya səfəri baş tutacaq.



