Xəbərlər

KİV: Trampın qətlində şübhəli bilinən şəxs evdə silah saxlayır

“ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına ikinci cəhddə şübhəli bilinən Ryan Wesley Root evdə çoxlu silah saxlayıb və qonşularına qorxu aşılayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Fox 8” amerikalının keçmiş qonşusuna istinadən məlumat yayıb.

Root-un əvvəllər yaşadığı Şimali Karolina ştatının Qrinsboro şəhərinin adı açıqlanmayan sakini bildirib: “Mən şəxsən onun nə qədər silahı və buna bənzər əşyaları olduğunu gördüm və o vaxtlar (qonşuluqda yaşadığımız zaman – red.) bir çox insanın ondan qorxduğunu gördüm”.

Onun sözlərinə görə, keçmiş qonşu uzun illər evdə odlu silah saxlayıb.

Bundan əvvəl NBC televiziya şirkəti əldə etdiyi sənədlərə istinadən Şimali Karolina ştatında Root-a qarşı yüzdən çox cinayət işinin açıldığını bildirmişdi. NBC telekanalının məlumatına görə, Root qanunsuz olaraq pulemyot saxlamaq, gizlədilmiş silah gəzdirmək, oğurlanmış əmlaka sahib olmaq, qəza yerindən qaçmaq və polisə müqavimət göstərməkdə ittiham edilib.