Xəbərlər

KİV: Türkiyə kəşfiyyatı Mossad-ın Avropadakı casus şəbəkəsini aşkar edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrail kəşfiyyat xidməti Mossad-ın Türkiyə və Avropada müşahidə aparan agentlərini üzə çıxarıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sabah” qəzeti bildirib.

Qəzetin məlumatına görə, söhbət aprel ayında İstanbulda yaxalanan və Mossad-a işləyən şəxslərdən gedir.

Nəşr bu şəxslərlə bağlı aparılan istintaqın təfərrüatlarını əldə edib. Ümumilikdə, casus şəbəkəsinə 9 nəfər daxil olub, onlardan səkkizi 2023-cü ildə saxlanılıb. Casuslardan 6-sı məxfi dövlət məlumatlarının əldə edilməsi, siyasi və hərbi casusluq ittihamı ilə həbs edilib. Bu qrupun Livan əsilli üzvlərindən biri qaçıb.

“Sabah” əlavə edir ki, casus kamerasının rəhbəri sığorta şirkətinin sahibi Ahmet Ersin Tumlucalı olub. Tumlucalı ilə birlikdə Mossad missiyalarını onun həyat yoldaşı, oğlu, ögey qızı və Almaniyada doğulmuş digər şəxslər həyata keçirib. Onların vəzifələrinə Almaniya, Türkiyə, həmçinin Gürcüstan və Livanda İsrail kəşfiyyatını maraqlandıran şəxslərin izlənilməsi və fotoşəkillərinin çəkilməsi daxil olub. Tumlucalının müxtəlif Avropa ölkələrində Mossad koordinatorları ilə görüşlər keçirdiyi və gördüyü işlərə görə 300 min avro aldığı bildirilir.

İlin əvvəlində Türkiyə əks-kəşfiyyatı ölkədə 34 nəfəri İsrail kəşfiyyat xidməti Mossad-a işləməkdə şübhəli bilinərək saxlanılıb. “Hürriyet” qəzeti qeyd edib ki, İsrail Türkiyəyə qarşı casus müharibəsinə başlayıb, lakin bunun nəticələrini hesablamayıb. Bundan sonra, Türkiyədə Mossad ilə əməkdaşlıq edən şəxslərin tutulması üçün daha bir neçə əməliyyat keçirilib.