Xəbərlər

KİV: Türkiyə Misirə pilotsuz təyyarələr tədarük edəcək

Türkiyə Respublikası Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı pilotsuz təyyarələrin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanmasını planlaşdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Əl-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri də müzakirə olunacaq.

Bildirilib ki, iki ölkə prezidentlərinin əsas müzakirə mövzusu Fələstin-İsrail münaqişəsinin həlli olacaq.