“Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman “Türkiye” qəzetinə müsahibəsində deyib.
“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. İlkin mərhələdə 70-80 min nəfərlik ordunun özəyi formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq”, – o qeyd edib.
Verilən məlumatda Türkiyə hərbi kontingentinin Suriyanın 5 strateji nöqtəsində yerləşdiriləcəyi bildirilib.