Polşanın Baş naziri Donald Tusk 2018-ci ildə “Hüquq və ədalət” partiyasının lideri Yaroslav Kaçinski və Macarıstanın Baş naziri Viktor Orbanın təşəbbüsü ilə yaradılmış Vatslav Felçak Polşa-Macarıstan Əməkdaşlıq İnstitutunun ləğvi barədə qərar qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Polşa-Macarıstan Əməkdaşlıq İnstitutunun saxlanması hər il 6 milyon zlotiyə (1,5 milyon dollar) başa gəlir.
İnstitutun bağlanmasına səbəb Macarıstanın son illərdə Avropa İttifaqının standartlarından kənara çıxmaqla öz milli maraqlarına uyğun addımlar atmasıdır.