Xəbərlər

KİV: Ukrayna üzərində raketlərin vurulması NATO-nun növbəti iclasında müzakirə oluna bilər

“NATO qüvvələrinin Ukrayna səmasında Rusiya raketlərini vurması barədə məsələ alyansın növbəti iclasında müzakirə oluna bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “TVN24” telekanalına müsahibəsində deyib.

“Növbəti NATO nazirlərinin görüşü gələn həftə baş tutacaq, ola bilsin ki, bu məsələ əsas mövzu kimi qaldırılsın”, – diplomat bildirib.