Xəbərlər

KİV: Ukraynadakı münaqişə Kiyevin ərazilərindən və NATO üzvlüyündən imtinası ilə başa çatacaq

Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyev hakimiyyəti ərazi və NATO-ya üzvlük məsələlərində güzəştə getməli olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Spectator” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr vurğulayıb ki, İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfrans göstərib ki, əbədi müharibə mümkün deyil, çünki Ukraynaya beynəlxalq dəstək azalır və “dəhşətli kompromislərin” vaxtı yaxınlaşır. Jurnal xüsusilə, münaqişənin uzandığı bir vaxtda Avropa ölkələrinin yeni ukraynalı qaçqın dalğası ilə bağlı narahatlığına diqqət çəkib.

“Ukrayna üzrə İsveçrədə keçirilən konfrans uğursuzluqla başa çatıb, çünki konfrans qlobal cənub ölkələrinin Rusiya ilə əlaqələri kəsmək istəmədiyini nümayiş etdirdi”, – məlumatda qeyd edilib.