Xəbərlər

KİV: Ukraynanın Trampın rəhbərliyi altında NATO-ya üzv olması ehtimalı azdır

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın prezidentliyi dövründə Ukraynanın NATO-ya üzv olması ehtimalı azdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Belə bir anlaşma əldə olunub ki, Ukrayna məsələsi ilə bağlı istənilən razılaşma Kiyev üçün təhlükəsizlik təminatlarını ehtiva etməlidir. Avropa rəsmiləri isə Trampın dövründə Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını hesab edir. Avropa ölkələrinin liderləri də Ukraynada atəşkəslə bağlı razılığın tezliklə əldə oluna biləcəyinə inanırlar. Lakin onlar ümid edirlər ki, bu məqsədə çatmaq üçün daha sərt anti-Rusiya sanksiyaları tətbiq olunacaq”, – məlumatda bildirilib.