ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff martın 13-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” məlumat yayıb.
“Vitkoff bu həftənin sonunda Moskvaya səfər etməyi planlaşdırır, lakin onun fikiri dəyişə bilər. Vitkoffun ilkin cədvəli: çərşənbə axşamı Əbu-Dabidə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə, çərşənbə günü isə Dohada Qəzzadakı girovlarla bağlı danışıqlar apara bilər. Bundan sonra cümə axşamı Moskvada Putinlə mümkün görüş ola bilər”, – məlumatda bildirilib.