“Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında aktual qlobal və regional məsələləri, o cümlədən Kosovodakı vəziyyəti müzakirə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Tanjuq” agentliyi Balkan respublikası rəhbərinin Administrasiyasına istinadən məlumat yayıb.
“İki lider regional məsələlərə, habelə Kosovo və Metoxiya muxtar regionunda serb xalqının üzləşdiyi əlverişsiz vəziyyətə xüsusi diqqət yetirməklə bütün müvafiq mövzular üzrə fikir mübadiləsi aparacaqlar”, – məlumatda bildirilib.