Xəbərlər

KİV: Vyetnam və Filippin sülhün qorunmasının vacibliyini vurğulayıb

“Vyetnam və Filippin Cənubi Çin dənizində sülhün və sabitliyin qorunmasına böyük əhəmiyyət verirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Vyetnamın müdafiə naziri Fan Van Qianq ilə Filippin Prezidenti Ferdinand Romualdez Markos arasında Manilada keçirilən görüşdə bildirilib.

Tərəflər Cənubi Çin dənizində sülhün, təhlükəsizliyin, sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, mübahisələrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll edilməsini bir daha təsdiq ediblər.