Xəbərlər

KİV: Xarici aviaşirkətlər Somaliyə uçuşları ləğv edir

Türk Hava Yolları, Qatar Airways və Fly Dubai şirkətləri Somalinin beynəlxalq hava limanına uçuşları dayandırıb.

“Füyuzat”ın məlumatına görə, Moqadişu hava limanından da digər ölkələrə uçuşlar yoxdur.

Bir gün əvvəl ABŞ-ın Somalidəki səfirliyi həmyerlilərini Moqadişonun müxtəlif ərazilərində, o cümlədən hava limanında terror hücumları təhlükəsi barədə xəbərdar edib və aprelin 9-da səfirlik işçilərinin bütün hərəkətlərinin ləğv edildiyini bildirib.

Ötən gecə isə Somali prezidentinin iqamətgahı (Villa Somalia) minaatanlardan atəşə tutulub.