Xəbərlər

KİV: Yaponiya Rusiya və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

“Yaponiya hökuməti Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlığın inkişafı səbəbindən onlara qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NHK” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Tokio Moskva və Pxenyan arasında qarşılıqlı əlaqənin Avropa və Asiyada təhlükəsizliyə təsir etməsindən narahatdır və həmçinin bunun beynəlxalq hüququ pozduğuna inanır.