NATO-nun müdafiə rəislərinin iclasında iştirak edən Yaponiyanın müdafiə naziri Nakatani Gen Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb və ona Kiyevə Yaponiya Özünümüdafiə Qüvvələrinin arsenalından əlavə maşınların tədarükünə söz verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi hələlik bu görüşü və ya danışıqların məzmununu rəsmən açıqlamayıb.
Bundan əvvəl Tokio Özünümüdafiə Qüvvələrinin 100-ə yaxın texnikasını, o cümlədən yük maşınlarını Kiyevə ötürüb.