Xəbərlər

KİV: Zelenski Kursk vilayətinə hücumdan əvvəl generallara təzyiq göstərib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müharibədə uduzduğuna dair fikirləri dəyişmək cəhdləri ilə əlaqədar Kursk vilayətinə müdaxilə ərəfəsində Ukrayna Silahlı Qüvvələrinin komandanlığına təzyiq göstərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Zelenski uzun aylar ərzində hərbi rəhbərlərə yay əks-hücum əməliyyatına başlamaq üçün təzyiq göstərib.

Məlumata görə, Rusiyanın bu hücumu dayandırmaq üçün bütün mümkün tədbirləri görməsi fonunda Kursk vilayətinin işğalı Zelenskinin ən riskli qərarlarından biri kimi qəbul edilir.