“Ukrayna hökuməti məcburi tədbirlər görmədən ukraynalıları xaricdən geri qaytarmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Milli Birlik Nazirliyinin rəhbəri Aleksey Çernişov deyib.
“Bizim xaricdə 20-25 milyon soydaşımız var. Hesablamalarımıza görə, Ukraynada təxminən 32 milyon insan var, digər soydaşlarımız qaçqın düşüb. Geri qaytarılma yalnız könüllüdür, heç bir məcburi tədbir yoxdur”, – Çernişov bildirib.