Xəbərlər

Kiyev ABŞ-dan JASSM raketlərini almaq istəyir

Ukrayna hakimiyyəti F-16 qırıcılarını təchiz etmək üçün ABŞ-dan uzaqmənzilli JASSM raketlərini almaq istədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Ali Radasının deputatı Yeqor Çernev deyib.

“Biz F-16 üçün xüsusi olaraq ABŞ-dan JASSM adlanan raketləri istədik”,- Yeqor Çernev bildirib.

Qeyd edilib ki, daha əvvəl Vaşinqton JASSM uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsi ideyasına açıq olduğunu bildirib, baxmayaraq ki, bu məsələ ilə bağlı yekun qərar hələ də qəbul olunmayıb.