“Ukrayna Amerikanın F-16 qırıcıları üçün pilotlar və texniklərin daha yaxşı yetişdirilməsi məqsədilə ABŞ-da təlim və təhsil proqramını genişləndirməkdə maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ölkə Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının ikipartiyalı nümayəndə heyəti ilə görüşündə deyib.
Zelenski əlavə hava hücumundan müdafiə vasitələrinin alınmasının vacibliyini qeyd edib, eləcə də ölkəsinin ABŞ-da ukraynalı pilot və texniklər üçün təlim missiyalarının genişləndirilməsi zərurətini qeyd edib.