Xəbərlər

Kiyevdə bəzi bağlanmış səfirliklər fəaliyyətini bərpa edib

Mümkün təhlükəsizlik təhdidləri fonunda çərşənbə günü bağlanan ABŞ və İtaliya səfirlikləri yenidən işə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Verilən məlumata görə, noyabrın 21-də səhər saatlarında ABŞ-ın Kiyevdəki səfirliyi yenidən işə başlayıb.

Qeyd edilib ki, İtaliya Respublikasının Ukraynadakı səfirliyi də yenidən ziyarətçilərin üzünə açıqdır.

Hər iki səfirlik öz vətəndaşlarını hava hücumu zamanı dərhal ən yaxın sığınacağa getməyə çağırıb.