Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri normallaşdırmaq və bərpa etmək üçün addımlar atıb və amerikalı həmkarlarından da bunu gözləyir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Münasibətləri amerikalı həmkarlarımız tərəfindən atılacaq qarşılıqlı addımlarla bərpa etmək lazımdır”, – Kobaxidze bildirib.
Lakin o Gürcüstan hakimiyyətinin ABŞ-la münasibətləri bərpa etmək üçün hansı addımlar atdığını dəqiq açıqlamayıb.