Xəbərlər

Kobaxidze: ABŞ siyasətini dəyişməsə, Gürcüstan münasibətlərə yenidən baxmalı olacaq

“Vaşinqton Tbilisi ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan ABŞ-la mövcud münasibətlərinə yenidən baxacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Biz deyirik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq”, – Kobaxidze bildirib.