Xəbərlər

Kobaxidze: Avropaya inteqrasiya əsas prioritetdir

“Avropa İttifaqına (Aİ) inteqrasiya Gürcüstanın qarşıdakı illər üçün əsas xarici siyasət prioriteti olaraq qalır”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Bizim çox mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet, təbii ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin bərpasını gözləyirik, məncə, bu, gələn ilin əvvəlindən intensiv şəkildə baş verəcək”, – Kobaxidze bildirib.