Xəbərlər

Kobaxidze Bayden administrasiyası ilə sanksiyaları müzakirə etmək niyyətindədir

“Mən ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri ilə ölkəmizə qarşı tətbiq edilən sanksiyalarla bağlı danışacağam”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Əlbəttə ki, Bayden administrasiyası ilə əlaqə saxlayacağıq. Biz görüşlərə tamamilə açığıq. Müzakirələr, kommunikasiyalar vacibdir”, – Kobaxidze mətbuat konfransında jurnalistlərə bildirib.