Xəbərlər

Kobaxidze: Gürcüstan sülhü qorumaq üçün qeyri-bərabər mübarizə apardı və qalib gəldi

“Ötən il Gürcüstan sülhün və müstəqilliyin qorunması üçün qeyri-bərabər mübarizə apardı və qalib gəldi”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə vətəndaşlarına Yeni il müraciətində deyib.

“2024-cü il ölkəmiz üçün çoxlu çətinliklərlə dolu oldu. Gürcüstan sülhü, müstəqilliyi və milli kimliyini qorumaq üçün qeyri-bərabər mübarizə aparmaq məcburiyyətində oldu”, – Baş nazir əlavə edib.