“Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiyanı Gürcüstana birləşdirmək mümkündür”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsahibəsində deyib.
“Əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək, düşünürəm ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür”, – Kobaxidze bildirib.